AZ

60 gündə 20 kilo arıqladığı iddia edildi

Aktrisa Ezgi Mola mayın 8-də 4 ilə yaxındır eşq yaşadığı menecer Mustafa Aksallı ilə sadə mərasimlə evlənib. Hamiləliyi boyu çəkdiyi kələ-kötür pozalarını izləyiciləri ilə bölüşən Ezgi Mola noyabrın 23-ü axşam saatlarında oğluna qovuşub.

News24.az xəbər verir ki, cütlük övladına Can adını verib. Hazırda analığın dadını çıxardan Ezgi Mola haqqında yayılan xəbərlərə münasibət bildirib.

60 gündə 20 kilo arıqladığı iddia edilən aktrisa sosial media hesabında bunları deyib:

 "Tərəzimə görə 14 kilo kökəlmişəm. Yemək istədim yedim. İstəsəm 18 kilo verərəm, amma bu xəbər yalandır. Doğumdan sonra tələsik arıqlaya bilmirəm. Narahat olmayın" dedi.

Günel Məlikzadə


Seçilən
22
Mənbələr
Şərh ()
Bağla