AZ

Bir gündə nə qədər qazlı içki içə bilərik?

Gündəlik icazə verilən şəkər miqdarı 20-25 qramdır ki, bu da bir stəkan kola və ya hər hansı digər şirin qazlı içkiyə bərabərdir.

Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Sağlam Qidalanma üzrə Milli Tədqiqat Mərkəzinin direktor müavini, məsləhətçi dietoloq Aleksey Kabanov məlumat verib.

"Həddindən artıq şəkər qəbul etmək ürək-damar xəstəliklərinin, 2-ci tip şəkərli diabetin və aterosklerozun əsas səbəbidir. Məsələ burasındadır ki, şəkər həm şirələrə, həm konservlərə, həm də souslara əlavə olunur. Bundan əlavə, qəhvə və çaya şəkər əlavə edirik, şirniyyat yeyirik. Nəticədə şəkər istehlakının səviyyəsi dəfələrlə artır. Bu vəziyyət sözün əsl mənasında ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmə epidemiyasına gətirib çıxarır”, - mütəxəssis izah edib.

Artıq çəkisi, şəkərli diabeti, ürək-damar xəstəlikləri riski yüksək olan və ya yüksək xolesterini olan insanlar şəkərdən uzaq durmalıdır. Kabanov bizə innovativ şəkər əvəzləyicilər haqqında düşünməyi tövsiyə edib.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla