AZ

Avropa Parlamenti Qubad İbadoğlu ilə bağlı təcili müzakirə keçirəcək


Avropa Parlamenti həbsdə olan iqtisadçı Qubad İbadoğlunun məsələsini təcili müzakirəyə çıxaracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məsələ Avropa Parlamentinin növbəti həftə keçiriləcək iclasının gündəliyinə salınıb.
Bildirilir ki, AP çərşənbə günü (24 aprel) günortadan sonra insan haqları, demokratiya və qanunun aliliyi mövzularında təcili müzakirələr keçirəcək, ardınca cümə axşamı isə (25 aprel) səsvermə olacaq.
Təşkilatın bu barədə yaydığı məlumatda qeyd olunur ki, müzakirə olunacaq mövzulardan biri də Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar, o cümlədən Qubad İbadoğlu və İlhami Quliyev işidir.
Xatırladq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu ötən il iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.
İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Ötən il, noyabrın 16-da və bu il fevralın 15-də məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.
Ötən gün, aprelin 18-də isə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.
Seçilən
126
50
Mənbələr
Şərh ()
Bağla