AZ

İlham Əliyevin Berlinə səfəri gözlənilir...

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın paytaxtı Berlin şəhərinə səfəri gözlənilir.
 

Modern.az-ın məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.


Səfərin aprelin 26-da baş tutacağı bildirilir. Məlumata görə, gələn həftə Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.


“İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq”, - deyə o qeyd edib. 
 

Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə bu ilin fevral ayının 17-də Almaniyaya səfər edib. Dövlət başçısı Münhendə Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla