AZ

Bu gün Sulduz əhalisinin qətliamının ildönümüdür

Aprel ayının 19-u Sulduz əhalisinin terrorist qruplar tərəfindən qətliamı günü münasibəti ilə şəhərdə elanlar paylanılıb.

“İraqın kürd qaçğınlarının Azərbaycanın qərbinə köçməsi” başlığı ilə yayılmış elanda Kürdüstan Demokrat Firəqsinin Güney Azərbaycanın Sulduz rayonunda törətdiyi qətliam qeyd olunub. 

Qətliam İran İslam Respublikasının 19.02.1979-cu il tarixində yaradılmasından 8 gün sonra Əbdül Rahman Qasımlunun başçılığı ilə Kürdüstan Demokrat Firəqsi tərəfindən törədilib.

Firqə Güney Azərbaycanın əzəli və tarixi torpaqlarına göz tikməklə kürdlərə muxtariyyət tələbi ilə Sulduzda silahlı fəaliyyətə keçib.

Onlar yeni yaranmış islam respublikasının zəyifliyindən istifadə edərək Soyuq Bulaq (indiki Mahabad) Hərbi Postunu talayaraq silahlanıblar. 

20000-dən artıq üzvü olan tam silahlı qrup kimi firqənin mitinqini keçirmək bəhanəsi ilə Azərbaycanın Sulduz şəhərinə daxil olublar. 

Şəhər əhalisi terroristlərin riyakar niyyətlərini bilərək qan tökülməsinin qarşısını almaq məqsədi ilə onların öz ərazilərində mitinq keçirmələrini xahiş ediblər.

Lakin Qasımlu razılaşmayaraq şəhərin boşaldılması və təslim olmasını tələb edib. 

Dırnaqdan təpəyə silahlanmış Kürdüstan Demokrat Firqəsinin terroristləri şəhərin stadimunda mitinq bəhanəsi ilə toplaşaraq bir müddət sonra küçələrə tökülüb şəhər əhalisinin üzərinə atəş açmağa başalyırlar. 

Müdafiəsiz şəhər əhalisi öz, ailə və vətənləri Azərbaycanı müdafiə etmək məqsədi ilə şəhəri müdafiə etməyə başlayırlar. 

Terroristlərin çox olması və Sulduz əhalisində silahın az olduğuna görə şəhər əhalisi, o cümlədən qadınlar və uşaqlar firqə üzvləri tərəfindən qətlə yetirilir. 

Qətliamdan 3 gün keçəndən sonra Urmu şəhərinin imamı hüccət-ül-islam Qulamrza Həsəni radio vasitəsi ilə mesajında terroristlərin dəf edilməsi məqsədi ilə əhalinin hərəkətə keçməsini tələb edir. 

Həsəni xalqdan ibarət təşkil olunmuş qüvvələrlə Sulduza daxil olub 4 gün döyüşdən sonra şəhəri Kürdüstan Demokrat Firəsinin terroristlərindən xilas edir. 

Faklara və qətliam şahidlərinin  ifadələrinə, həmçinin Həsəninin müşahidələrinə əsasən terroristlər iki evdə şəhər əhalisinin 11 nəfərinin, o cümldən 3 yaşlı bir körpənin  başını kəsib, 23 yaşlı qadının döşünə süngəc vurublar. 

Qətlə yetirənlərin sıralarında qoca qadın və kişilər də olub. 22 nəfər də şəhərin digər yerində iplə asılmış olub və müqavimət göstərmiş digər bir gənci balta ilə doğrayıblar. 

Bu cinayətlər demokratiya iddiasında olan həmin firqə tərəfindən törədilib. 

Həmçinin kürdlərə mənsub terrorist qrupların fəliyyətləri davamında Sulduz şəhərinin bir ailəsinin 10 üzvü  1979-cu ilin aprel ayında qətlə yetirilib. 

visiontv.az



Seçilən
24
Mənbələr
Şərh ()
Bağla