AZ

Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilir - Lavrov

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası NATOmissiyasına çevrilir.

Trend xəbərverir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovyerli KİV-ə müsahibəsində deyib.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2022-ciildə İrəvanda sammitdə Ermənistana əlavə silah verilməsi, təlimkeçirməsi və missiya yerləşdirməsi barədə sənədi tam razılaşdırdığıfaktdır. Hamı, o cümlədən Ermənistan tərəfi sənədi nəzərədənkeçirdi. Səhər isə baş nazir Paşinyan sammitin açılışında konsensusəldə olunmadığını bildirib. Lakin Ermənistan cəmiyyətində Aİmissiyası ilə bağlı konsensus əldə olundu. İki ay müddətinə vədedilən missiya indi artıq müddətsiz olub. Artıq orada kanadalılar,digər NATO üzvləri də qoşulmaq istəyir. Bu artıq Aİ missiyasıdeyil, NATO missiyasıdır", - o deyib.

Xatırladaq ki, Aİ-nin Ermənistandakı monitorinq missiyası2023-cü ilin yanvar ayında fəaliyyətə başlayıb. İlkin olaraq gələnəməkdaşların sayı 100 nəfər idi. Lakin dekabrın 11-də onlarınsayını 209 nəfərə qədər artırmaq barədə qərar qəbul olunub.

Aprel ayında Ermənistanın baş naziri Nikol Paşinyan "Aİ müşahidəmissiyasının çox vacib olduğunu" və ya guya Azərbaycanla sərhəddəkivəziyyətə dair "obyektiv" məlumat verdiyini bildirib. Paşinyanhəmçinin, missiyanın müddətini uzatmağı təklif edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla