AZ

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ukraynada

Kiyev, 19 aprel, AZƏRTAC

Ukraynada Almaniyanın Quantum-Systems GmbH şirkətinin pilotsuz təyyarələrin istehsalı üzrə daha bir zavodu açılıb. Müəssisədə ildə 1000 pilotsuz uçuş aparatın yığılması, eləcə də ehtiyat hissələrinin istehsalı planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yeni müəssisə şirkətin Ukraynadakı ikinci zavodu olacaq. İlin sonuna qədər orada 100-ə yaxın insanın işlə təmin olunacağı gözlənilir.

Almaniya şirkətin dünyada PUA istehsal edən ümumilikdə yeddi zavodu var.

Qeyd edək ki, son iki ildə Ukrayna şirkətləri pilotsuz təyyarələrin kütləvi istehsalına başlayıb. Buraya təkcə pilotsuz uçuş aparatları deyil, həm də yerüstü dronlar daxildir.

Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bəyan edib ki, ölkəsi “Şahed” kamikadze dronunun analoqunu da istehsal edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

 

Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla