AZ

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?

Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev Sonxeber.az-a açıqlama verib.

Mənzil üzrə ekspert kirayə qiymətlərinin baha olmasına aydınlıq gətirib:

"Mənzilin kiraya qiymətlərinin baha olmasının səbəbi satış qiymətlərinin artması ilə əlaqəlidir. Hər hansısa bir əmlakın kirayə qiyməti onun satışının 0.5 faizini təşkil edir. Yəni 100 min manat dəyəri olan mənzilin və ya obyektin kirayə qiyməti ortalama 500 manatdır.

Son illər ölkənin daşınmaz əmlak bazarında xüsusi ilə Bakıda müşahidə kəskin qiymət artımı kirayə mənzi bazarında təsir edib. 2016-cı ildən başlıyaraq köhnə binalar sökülməsinə start verilib. Bu binalar söküldükcə, həmin binadaki kirayə mənzillər bazardan çıxmış olur. Bundan əlavə həmin binadə yaşayan sakinlər yeni evlər ilə təmin olunanadək, ortalama 2-3 il müddətinə uzunmüddətli kirayə qalmalı olurlar".

Ekspert yalnız bu halda kirayə mənzil qiymətlərinin azala biləcəyini bildirib:

"Artıq paytaxta olan kiraya mənzillər evləri sökülən sakinlərin istismarındadır. İstismar müddətinin bitirmiş binaların sökülmə prosesi sürətlə davam edir. Bu da onu deməyə əsas verir ki, gələcəkdə paytaxt ərazisində ucuz kirayə mənzillər tapılmayacaq. Yeni tikilmiş binalar baha olduğu kimi, bu binalardakı mənzilllərin kirayə qiymətləridə kəskik yüksək olur. Bu sakinlər ilə bərabər tələbələr üçün də mənfi haldır. Onlar kirayə məbləğini ödəməkdə ciddi çətinliklər çəkirlər. Tələbə yataqxanaları yenidən bərpa olunarsa, problemin aradan qaldırmış olar. Həmçinin təlabat azaldığına görə mənzillərin kirayə qiymətidə azala bilər".

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla