AZ

Diz ağrısına səbəb bu imiş…

Diz ağrısına səbəbi diz oynağının qığırdaqlarının aşınması ola bilər. 

Yenisabah.az Dr. Gökhan Bülent Sevərin açıqlamasına istinadən xəbər verir ki, diz artriti olaraq da təyin olunan diz kalsifikasiyası, diz oynağı qığırdaqlarının aşınması və funksiyasını yerinə yetirməməsidir. 

Ekspert artritdə, normalda bir-biri ilə təmasda olmayan və qığırdaqla örtülmüş diz oynağını meydana gətirən sümüklərin qığırdağın öz funksiyasını yerinə yetirə bilməməsi nəticəsində bir-birinə sürtüldüyünü açıqlayıb: 

“Bu sürtünmə nəticəsində oynaqda sərtlik, hərəkətin məhdudlaşdırılması, səs-küy və şişkinlik kimi bir sıra problemlər yaranır. Diz qığırdaqının, bud sümüyünün və diz qapağı sümüklərinin oynaq əmələ gətirən səthlərini əhatə edir. Qığırdaq xəstələndikdə və aşındıqda, oynaq boşluğu daralır: “Ağrı reseptorlarını ehtiva etməyən qığırdaq toxumasının itirilməsi ilə birlikdə ağrı reseptorlarını ehtiva edən sümüklər bir-birinə sürtülür və xəstə həyat keyfiyyətini pozan diz ağrıları yaşamağa başlayır”. 

G.Bülent artrit irəlilədikcə hərəkət etməyin çətinləşdiyini bildirib. Robot cərrahiyyə, yüksək tibial osteotomiya (sümük cərahiyyə) və başqa tibbi üsullar tətbiq edilə bilinir. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Seçilən
32
2
Mənbələr
Şərh ()
Bağla