AZ

Ani Loraka ağır itki

Ukraynanın Xalq artisti Ani Lorakın atası, jurnalist Miroslav İvanoviç Kuek vəfat edib.

OLAY yazır ki,  sənətçi bu barədə instaqramda məlumat yayıb.

O, atası ilə ağ-qara arxiv fotosunu yerləşdirib və üzərinə “Əlvida ata... Sən həmişə ürəyimdəsən” sözlərini yazıb.

Abunəçilər dərhal ulduzu dəstəkləməyə və şərhlərdə başsağlığı verməyə başlayıblar.

Ani Lorakın valideynləri hələ onun doğulmamışdan əvvəl ayrılıblar. Ancaq buna baxmayaraq, müğənninin anası Janna Vasiliyevna övladına atasının soyadını verib.

Karolina Kuek ulduzun əsl adı və soyadıdır. Ana övladlarını dolandırmaq üçün özünü tamamilə karyerasına həsr edib, buna görə də qızını altı yaşında Karolinin yeddinci sinfə qədər böyüdüyü internat məktəbinə göndərməyə məcbur olub.

Müsahibədə Ani Lorak valideynlərinə qarşı heç vaxt kin saxlamadığını bildirib.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla