AZ

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

Azərbaycan

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycanın atıcılıq üzrə səngər stendi (trap) millisi Olimpiya Təsnifat turnirində iştirak edəcək.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu gün start götürəcək yarışda yığmanın beş üzvü mübarizə aparacaq.

Bunlar Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyevdir.

Qeyd edək ki, Qətərin paytaxtı Doha şəhərində keçiriləcək turnirə aprelin 29-da yekun vurulacaq.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla