AZ

Lavrov: Ermənistan müttəfiqimizdir

Faktlar çox inadkar şeylərdir. Biz Ermənistanı hələ də müttəfiq hesab edirik, hüquqi baxımdan müttəfiqik.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O əlavə edib: “Hesab edirəm ki, təkcə hüquqi baxımdan deyil, məncə, orada Rusiyanın həm Ermənistanın təhlükəsizliyi, həm də iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var, o cümlədən bu yaxınlarda parlamentdə çıxış edən və Rusiya Federasiyası ilə münasibətlərdən danışan Ermənistan hökumətinin başçısı. Münasibətlərimizdə mövcud olan böyük müsbət şeyləri yüksək qiymətləndiririk. Mənə elə gəlir ki, bunlar çox vacib sözlərdir, çünki bu, müəyyən dərəcədə ABŞ və Aİ-nin Ermənistanı Rusiyadan sürətləndirilmiş şəkildə ayırmaq üzrə təkəbbürlü və həyasız hərəkətlərinə reaksiyadır”.


Telegram kanalımız
Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla