AZ

12 yaşlı qız 35 yaşlı qohumuna ərə verilir...

Aktyor Əlixan Rəcəbov yeni film üzərində çalışır.

OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib:

“Film çəkmək üçün, mən də hamı kimi digər filmlərdən, kitablardan və musiqilərdən bəhrələnirəm. Bəzən də narahat edən problemlər məni film çəkməyə məcbur edir. Məni hal hazırda narahat edən problem isə, erkən nikahdır.

Necə olur ki, bir cəmiyyətdən dünyanın ən güclü şahmatçıları, idmançıları, bəstəkarları və 12 yaşında evli qızlar çıxır? Elə bil otaqda böyük fil var, amma biz onu görmək istəmirik. Ola bilsin biz onu görürük, amma yenə də heç nə etmək istəmirik. Fildir də. Adətdir.

Başa düşürəm ki, bu cür problem bir günə həll olunmur, amma 100 ilə həll olunmasını da istəmirəm. Ona görə hər bir vətəndaş bu problemlə rastlaşanda, müvafiq orqanlara zəng etməlidir: istər müəllimi, ginekoloqu, qonşusu, polisi, jurnalisti, şairi, aparıcısı, eşşəyimin qurd dayısı, kim olur olsun.

Mənim əlimdən film gəlir, ona görə də “Səriyyə” adlı filmə başlayıram.

Nazirlikdən dəstək istədim. Almadım. Sağ olsun özəl sektor. Sentyabrda “Səriyyə” ekran üzü görəcək”.

Qeyd edək ki, filmin ssenarisinə əsasən, 12 yaşlı əlaçı Səriyyəni atası 35 yaşlı qohumu ilə evləndirmək istəyir.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla