AZ

G7 ölkələrininUKRAYNA PLANI

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yardım etmək niyyətindədir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə sammitin saytındakı sənəddə deyilir.

“Biz, xüsusən də insanların həyatını xilas etmək və kritik infrastrukturu qorumaq üçün Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək əzmində olduğumuzu bildiririk”, - mətndə qeyd edilir.

Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Josep Borrell etiraf etmişdi ki, o, Aİ ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinə Kiyevə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı qərar qəbul etmək xahişi ilə müraciət edib.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla