AZ

“Liverpul”la yalnız Avropa Liqasında qalib olmayıb

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”la Avropa Liqası istisna olmaqla, bütün turnirlərdə qalib gəlib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, mersisaydlılar bu yarışda iki dəfə alman mütəxəssisin rəhbərliyi altında iştirak ediblər. 2015/2016 mövsümündə "Liverpul" finalda "Sevilya"ya uduzub, bu mövsümdə isə ümumilikdə "Atalanta"ya uduzaraq (evdə - 0:3, səfərdə - 1:0) 1/4 final mərhələsində mübarizədən kənarlaşdırılıb.

Yurgen Klopp 2015-ci ilin oktyabrında "Liverpul"a keçib. O, "qırmızılar"la səkkiz kubok qazanıb - İngiltərə Premyer Liqası, Çempionlar Liqası, ölkə Kuboku, iki Liqa Kuboku, İngiltərə Superkuboku, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kuboku.

2023/2024 mövsümünün sonunda almaniyalı mütəxəssis İngiltərə klubunu tərk edəcək. Klopp bundan əvvəl Dortmund "Borussiya”sı  və "Maynts"a rəhbərlik edib.


 

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla