“Hizbullah” İsraillə eskalasiyaya can atmır, lakin Livanın cənubundakı hücumlarını genişləndirsə, eyni şəkildə cavab verəcək.
Musavat.com xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Naim Qasim NBC News-a bildirib.
“İsraillilər bizə qarşı müharibəyə qərar verməsələr, genişmiqyaslı müharibə aparmayacağıq. Amma onlar bu hücumları genişləndirsələr, biz də eyni şəkildə cavab verəcəyik”, - o deyib.
Musavat.com