AZ

İrana raketlər bu bazadan atılıb – Kəşfiyyat AÇIQLADI

“Raketlər istər İraq Kürdüstanından, istərsə də İsraildən atılsın, bu, bir şeyi dəyişmir. Çünki İran tərəfi raketlərin İraqdan gəldiyini iddia edir və onları artıq zərərsizləşdirib”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Bədrəddin Quliyev deyib.

O, İranın İsfahan şəhərini hədəf alan PUA hücumundan söz açıb.

B.Quliyev vurğulayıb ki, İran onsuz da İraq Kürdüstanını vurmuşdu.

“İraq Kürdüstanının Ərbil şəhəri istiqamətində Amerikan bazaları hədəfə alınmışdı. Bu prosesin aparılması gələcəkdə İsrailin atacağı addımları gücləndirmək üçün nəzərdə tutulan bir sistemdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya kəşfiyyatının İrana verdiyi məlumatlardan aydın olur ki, raketlər ABŞ bazasından atılıb. “Ona görə də hələlik İsrail haqqında danışılmır. İsrail atacağı addımlarda isə İranın böyük nüvə obyektlərinin vurulması nəzərdə tutulub, lakin Təl-Əviv hələlik gözləmə mövqeyindədir. Bugünkü hadisələri isə ilkin başlanğıc kimi nəzərə almaq lazımdır”, – deyə o yekunlaşdırıb.

Xatırladaq ki, İran Dövlət Televiziyası hava hücumundan müdafiə sistemlərinin işə salındığını və İsfahanı hədəf alan 3 pilotsuz təyyarənin havada məhv edildiyini açıqlayıb. İranda bütün uçuşlar dayandırıldığı halda, rəsmilər heç bir raket hücumu olmadığını bildirərək, “İsfahandakı partlayışlara bizim hava hücumundan müdafiə sistemimiz səbəb olub” deyib.

Rafi Müslümov

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla