AZ

Latviyada yeni xarici işlər naziri təyin edilib

Latviyada

Bakı, 19 aprel, AZƏRTAC

Bu gün Latviya Seymi bu ölkənin yeni xarici işlər nazirini təyin edib. Xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə XİN-in əməkdaşlı Baybu Braje təsdiq olunub.

AZƏRTAC Seymin məlumatına istinadla xəbər verir ki, Bayba Braje Latviyanın Böyük Britaniya, İndoneziya və Niderlanddakı səfiri olub, həmçinin xüsusi tapşırıqlar üzrə səfir və NATO Baş katibinin ictimai diplomatiya üzrə müavini vəzifələrini tutub.

Latviyanın əvvəlki xarici işlər naziri Krişyanis Karinş aprelin 10-da istefa verib.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla