AZ

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

Nigeriya

Bakı, 19 aprel, AZƏRTAC

Nigeriyada son bir həftə ərzində keçirilən antiterror əməliyyatları nəticəsində 192 terrorçunun öldürüldüyü bildirilir.

AZƏRTAC “Premium Times Nigeria” qəzetinə istinadla xəbər verir ki, Nigeriya ordusunun mətbuat katibi Edvard Buba reydlər zamanı daha 341 nəfərin yaxalandığını, 62 girovun isə azad edildiyini bildirib.

Bubanın sözlərinə görə, hərbi hava qüvvələri Çad gölünün sahillərində yerləşən Kolleram kəndində İŞİD-in Qərbi Afrika Əyaləti (ISWAP) döyüşçülərinin sığınacaqlarına və logistika mərkəzinə hava zərbələri endirib. O əlavə edib ki, qoşunlar terrorçulara məxsus 99 yeraltı sığınacağı, 11 qayığı, 29 anbar çənini, 9 nəqliyyat vasitəsini və digər obyektləri aşkarlayaraq məhv edib.

 

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla