AZ

Deputat Ucarda seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsənin Ucarda seçiciləri ilə növbəti görüşü olub.

Əvvəlcə deputat Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub.

Eyni zamanda, Ucar rayonundakı Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda şücaət göstərmiş mərd Vətən oğullarının məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Daha sonra Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərini qəbul edib. Qəbul zamanı vətəndaşlar işsizlik, əlilliyin təyinatı, sosial müavinət, sağlamlıq problemləri, yol-nəqliyyat infrastrukturu və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.

Problemlərin bir hissəsi yerindəcə həll olunub. Digər məsələlər isə nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib.

Seçilən
35
3
Mənbələr
Şərh ()
Bağla