AZ

Parisdə irqçilik və islamafobiyaya qarşı mitinq qadağan edilib

Paris polisi aprelin 21-nə planlaşdırılan irqçilik və islamofobiyaya qarşı nümayişi “yüksək ictimai iğtişaş riski” səbəbindən qadağan edib.

Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

“Kampaniyasında gənclərə qarşı “polis cinayətlərini” pisləyən bu yürüş xüsusilə asayiş qüvvələri ilə toqquşmağa həvəsli olanları cəlb edə bilər ki, bu da sosial iğtişaşlar üçün ciddi risk yaradır”, - nəşr yazır.

Mitinqi Polis Zorakılığının Monitorinq Mərkəzi və Yeni Anti-Kapitalist Partiyası təşkil edib.

Qeyd olunur ki, onlar prefekturanın qərarına etiraz etmək üçün məhkəməyə müraciət ediblər.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla