Premyer Liqanın 31-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.
7 komandadan cəzalı duruma düşən 8 futbolçu meydana çıxmaqdan məhrumdur.
Ən ağır zərbə “Araz-Naxçıvan”a dəyib. Naxçıvanlıların iki yerli futbolçusu “Səbail”lə görüşü kənardan izləyəcək.
Cəzalıların ümumi siyahısı belədir:
Azər Salahlı (Neftçi), Maruan Hadhudi (Sabah), Adi Mehremiç (Səbail), Kasimir Ninqa (Sumqayıt), Xəyal Nəcəfov (Turan Tovuz), Pyer Zebli (Zirə), Turan Manafov, Tural Bayramlı (hər ikisi “Araz-Naxçıvan”).
Aprelin 19-da “Turan Tovuz” - “Sumqayıt”, ertəsi “Qarabağ” – “Qəbələ”, “Zirə” – “Neftçi”, aprelin 21-də “Kəpəz” – “Sabah”, “Araz-Naxçıvan” – “Səbail” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ