AZ

Fəzail Ağamalı: "Seçki gələn ilin fevralında keçirilə bilər"

Son günlərin ən çox danışılan mövzularından biri də parlament seçkilərinin vaxtı ilə bağlıdır. Bəzi siyasilər yay aylarında növbədənkənar parlament seçkilərinin keçiriləcəyini, bəziləri isə seçkinin gələn il olacağını bildirirlər.

Ana Vətən Partiyasının sədri, milli vəkili Fəzail Ağamalı Bakupost.az -a açıqlamasında indidən seçkinin vaxti ilə bağlı konkret fikir söyləməyin çətin olduğunu bildirib:

"Amma Konstitusiya görə, parlament seçkisi bu ilin noyabrında keçirilməlidir. Biz əslində bu il ərzində keçirilməsini gözləyirik. Amma ola bilər ki, seçki gələn ilin fevral ayına da keçirilə bilər".




Keçmiş Yüksəliş Partiyasının sədri Anar Əsədli isə seçki ilə bağlı qərarın daha tez verilə biləcəyini deyib:

"COP-29 tədbiri noyabrda keçiriləcək. Ona görə də parlament seçkiləri daha tez, yəni yay aylarında keçirilə bilər. Çünki COP-29 çox böyük bir tədbirdir. 100.000-dən çox qonağın gəlməsi gözlənilir. Həmin ərəfədə seçki olacağını düşünmürəm".

Həsən
BakuPost
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla