AZ

“Azərbaycanda İKT şirkətlərinin sayı artır” — AÇIQLAMA

 “Azərbaycanda İKT sektoru günbəgün inkişaf edir. Bu sahədəki satış, xidmət, startaplar gündən-günə artır. Hazırda ölkədə İKT şirkətlərinin sayının artması vacib hədəflərdəndir”. 

Bunu “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nin sədri Elvin Abbasov Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, bu gün İKT sektorunda fəaliyyətin genişlənməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir:

“Bu gün dünyada milyardlıq startaplar, layihələr həyata keçirilir. Təəssüf ki, Azərbaycanda hələki bunlar yoxdur. Bunun üçün bir çox ideyası olan şirkətlərə ehtiyac var. Şirkətlərin sayı artdıqca startaplar, layihələr ərsəyə gələ bilər və beynəlxalq müstəviyə çıxa bilər. 10 il əvvələ baxsaq görərik ki, dünyada prioritet sektor tikinti olub. Amma 5 ildən artıqdır ki, tikintinin özünə də İKT nəzarət edir. Hər şey rəqəmsal şəkildə idarə olunur. İnkişaf etmiş ölkələrdə tibb, təhsil, ekologiya, dövlət sektoru, biznes mühiti və bütün digər sahələrdə rəqəmsallıq pik həddədir. Sevindirici haldır ki, ölkəmizdə də İKT şirkətlərinin sayı artır”. 

Törə Zeynallı
Demokrat.az

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla