AZ

Şoyqu hərbi texnika ilə bağlı göstəriş verib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbi Sibirin Omsk vilayətində yerləşən müəssisədə tank və ağır alovsaçan sistemlər istehsalını yoxlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Omsk vilayətindəki hərbi-sənaye kompleksinin tanklar və ağır alovsaçan sistemlər istehsal edən müəssisəsində dövlət müdafiə sifarişinin yerinə yetirilməsini yoxlayıb”, - nazirliyin məlumatında deyilir. 

 

Qeyd olunur ki, Şoyqu müdafiə müəssisəsinə T-80BVM tanklarının istehsalını artırmaq barədə göstəriş verib.

 

Nazirlik bildirir ki, müəssisə Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına çatdırılmaq üçün yeni tank partiyası hazırlayıb.

“Müdafiə müəssisəsi zirehlərin Ukraynadakı xüsusi hərbi əməliyyat bölgəsinə çatdırılmasından əvvəl mühafizəsini gücləndirib” – məlumatda qeyd olunur.

Baxış zamanı müdafiə müəssisəsində yüksək tutumlu mühərriklərin istehsalı ilə bağlı məsələlərin həll edildiyi və yeni ağır alov sistemlərinin istehsalına başlandığı diqqətə çatdırılıb.

Səfərinin yekunlarından sonra Şoyqu müəssisənin rəhbərliyi, Müdafiə, Sənaye və Ticarət Nazirliyinin və hərbi idarəetmə qurumlarının rəsmiləri ilə görüş keçirib. Görüşdə bildirilib ki, müəssisə müdafiə tədarükü planını tam yerinə yetirir və əvvəlki yoxlama zamanı verilmiş tapşırıqları uğurla həyata keçirilib.

Elnurə İSAXAN

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla