AZ

Almaniyada OBI sahibinin yoxa çıxması ilə bağlı istintaq bərpa edildi

Almaniyada iş adamının 2018-ci ildə ölmədiyi, Rusiyada gizləndiyi barədə məlumatın ortaya çıxmasından sonra OBI tikinti və məişət malları mağazalar şəbəkəsinin sahibi Karl-Erivan Haubun yoxa çıxması ilə bağlı istintaq yenidən  başladılıb. 

Valyuta.az xəbər verir ki, RİA Novosti bu barədə Almaniyanın Köln prokurorluğunun mətbuat xidmətinə istinadən yazır.

“Köln prokurorluğu 2021-ci ildə Köln Rayon Məhkəməsində aparılan Karl-Erivan Haubun itkin düşməsi işi ilə bağlı and içərək yalan ifadə verilməsinə ilkin şübhə ilə istintaqa başlayıb”, – Köln prokurorluğu bildirib.

Prokurorluq biznesmenin qardaşı Kristian Haubun yalan ifadə verdiyindən şübhələnir, baxmayaraq ki, milyarderin qardaşına qarşı təqsirsizlik prezumpsiyası hələ də mövcuddur.

Bundan əvvəl Moskva sakini Veronika Ermilova Almaniyada yoxa çıxan milyarder Karl-Erivan Haubun onunla birlikdə yaşadığı barədə xəbərlərə cavab verib. RT ilə söhbətində o, bunu saxta adlandıraraq vətənində dünyanın ən zəngin insanlarından birinin ölü hesab edildiyini söyləyib.

Yada salaq ki, Moskva küçələrində yaşadığı iddia edilən milyarderin fotoşəkilləri dərc edildikdən sonra jurnalistlər onun xizəkçilər və alpinistlər üçün turlar təşkil edən şirkətdə çalışan məşuqəsi Veronika Ermilovanı ziyarət etmək üçün gizli şəkildə Rusiyaya getdiyinə qərar vermişdilər. Bundan başqa, onun kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu iddia edilir. Köln prokurorluğu bu məlumatlarla bağlı rəsmi araşdırmaya başlayıb.

Nicat

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla