AZ

Deputatdan MÜHÜM TƏKLİF: "Onlar da nəzərə alınmalıdır"

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə sadəcə Azərbaycan torpaqları uğrunda aparılan döyüşlər nəzərdə tutulub. Bizim Əfqanıstan müharibəsində iştirak edən 6 mindən artıq vətəndaşımız var. Onların 3 mini dünyasını dəyişib, 3 mini qalıb. Onların da veteran vəsiqəsi var. Biz Çernobılı nəzərdə tuturuq, amma Əfqanıstanı yox”, - millət vəkili bildirib.

 

Deputat birinci sinifə qəbulla bağlı güzəşt olunmasını da təklif edib:

 

“Qanunda təhsil icbari və məcburidir. Bu gün birinci sinifləri məktəbə qəbul üçün müsabiqəyə dəvət edirlər. Uşaq birinci sinifə gedir ki, nəsə öyrənsin. Evində öyrənəcəksə, niyə məktəbə gedir? Məktəbəqədər təhsil müəssisələrinin sayı rayonlarda 10-15 faizi keçmir. Hindistanda İndira Qandinin vaxtında ancaq varlıların uşağı oxuya bilirdi, sonra kasıblara da icazə verdilər, amma fərqli məktəblərdə. Vətəndaşlarımızın övladlarının təhsil alması üçün imkan yaratmalıyıq. IX sinifə qədər təhsil vacib və məcburidir”.


 
Firuzə Əliyeva

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla