AZ

Avropa parçalandı: Bir neçə gündən sonra bu ölkə Fələstinin müstəqilliyini tanıyacaq

Baş nazir Pedro Sançesin başçılıq etdiyi İspaniya hökuməti digər Aİ ölkələrinin Madridin bu addımına qoşulub-qoşulmamasından asılı olmayaraq, yaxın həftələrdə Fələstin dövlətini tanımaq barədə qərar verəcək.

Publika.az xəbər verir ki, bu barədə “Euractiv” nəşrinin tərəfdaşı olan EFE agentliyinə rəsmi mənbələrdən məlumat verilib.

Çərşənbə günü Sançes Brüsseldə digər Avropa liderləri ilə Yaxın Şərqdəki vəziyyəti nəzərdən keçirmək, Madridin mövqeyini izah etmək və hərəkətləri əlaqələndirmək üçün bir neçə ikitərəfli görüşlər keçirdi.

Mənbələr bildiriblər ki, digər Aİ ölkələrinin İspaniyanın Fələstin dövlətinin tanınması ilə bağlı mövqeyinə qoşulub-qoşulmamasından asılı olmayaraq, İspaniya hökuməti artıq siyasi qərar verib və bu cəsarətli addımı atacaq.

Sançes bu yaxınlarda bildirib ki, bu, cari altı aylıq müddətin sonuna qədər, yəni iyul ayına qədər baş verəcək. Ancaq mənbələr bu addımın "aylar deyil, həftələr içində atılacağını" söyləyib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla