AZ

Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi ola bilər – Klubdan açıqlama


“Qurban Qurbanovun “Beşiktaşı”ın növbəti mövsüm üçün baş məşqçi namizədlərindən biri olduğu doğrudur”.
Yeniavaz.com
xəbər verir ki, bunu İstanbul təmsilçisinin Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür “ARB 24” kanalına açıqlamasında deyib.
O bildirib ki, hal-hazırda dəqiqləşən heç nə yoxdur:
“Çünki bu posta bir çox namizəd var. Növbəti mövsümdə əsasən xarici baş məşqçiyə üstünlük verməyi düşünürük. Lakin Sərgən Yalçın kimi ön planda olan türk məşqçilər də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tezdir, deyə fikirləşirəm”.
Q. Qurbanovun adının Rusiya təmsilçisi “Spartak Moskva”ilə də hallanmasına klubun Mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov belə reaksiya verib:
“Mətbuatda yazılan bu xəbərlər həqiqəti əks etdirmir. Klub tərəfindən belə bir təşəbbüs planlaşıdırılmır. Yazılanlar hamısı şaiyələrdir”.
Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla