AZ

Nə qədər dəyişiklik etsək də, xeyri yoxdur - Vahid Əhmədov

Hesablama Palatasının bütün hesabatlarında ən çox ciddi nöqsan satınalmalar və tender sahələrindədir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Bunlarla bağlı qanunvericilikdə nə qədər dəyişiklik etsək də, xeyri yoxdur. İkinci ən çox nöqsan isə mühasibat uçotu və hesabatlılıq sahəsindədir. Faktiki olaraq “Mühasibat uçotu haqqında” qanuna müəssisələr ciddi riayət etmir.

Bu qanun ətrafında yaranan problemlər kifayət qədər böyükdür, kadrların çatışmazlığı da özünü göstərir. Ona görə də hesabatlılıqda çox ciddi problemlər yaradır.

Üçüncü nöqsan isə yoxlamanın əhatə dairəsidir. Hesablama Palatası təxminən 15 milyarda yaxın vəsaiti əhatə edib. Bizdə dövlət büdcəsi 36 milyarddan çoxdur. 40 faizə yaxın vəsait yoxlamada əhatə olunub. Hesablama Palatasında auditorların sayı aşağıdır. İnformasiya texnologiyalar sahəsindən də istifadə edərək bu sahəni genişləndirmək lazımdır”


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla