AZ

Şəhərin mərkəzindəyolun ortasıyla skuter sürənqadın qəzaya düşdü- ANBAAN VİDEO

Bakının mərkəzi küçələrindən birində qayda pozan skuter sürücüsü qəzaya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə aprelin 18-i axşam saatlarında qeydə alınıb. Belə ki, skuter sürən qadın yolun hərəkət hissəsi ilə gedib. O, anidən idarəetməni itirərək yolun kənarında park edilmiş maşına dəyib və yerə yıxılıb. Qəzaya şahid olan sürücü hadisə zamanı qadının yüngül xəsarət aldığını bildirib. 
Qeyd edək ki, şəhərin bəzi küçələrində skuterlərin hərəkəti üçün zolaqlar mövcuddur. Zolağın təşkil olunmadığı küçələrdə isə bu nəqliyyat vasitəsini idarə edənlər müəyyən qaydalara riayət etməlidirlər. Belə ki, onlar skuteri avtomobil yolunun sağ kənar yolunda sürməli və təhlükəsizlik məqsədilə xüsusi dəbilqədən istifadə etməlidirlər. Həmçinin skuterin önündə və arxasında işıqlandırma fənərləri olmalıdır.

Nərmin

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla