AZ

Amil Yunanov bu halda “Səbail”i yox, “Kəpəz”i seçəcək

“Səbail”ə məxsus olan, ancaq icarə əsasında “Kəpəz”in formasını geyən Amil Yunanovun Gəncə klubu ilə danışıqlara başlaması xəbəri yayılıb.

Yayda “dənizçilər”lə müqaviləsinin müddəti başa çatacaq 31 yaşlı futbolçu “sarı-göylər”in sərəncamına keçmək niyyətindədi. Bəs Yunanov hansı səbəbdən “Kəpəz”də qalmaqda istəklidi? Təcrübəli hücumçu “Futbol+”ə aşıqlamasında deyilənlərə münasibət bildirib:

“Hələ ortada heç nə yoxdu, yəni rəsmi danışıq olmayıb. Nə məşqçi, nə də rəhbərlik ilə müzakirə etmişəm. Söhbət mənim yayda olacaq seçimimdən gedirsə, öncə “Kəpəz”lə danışacam. Daha sonra başqa təkliflər barədə düşünmək olar. Hələ 6 tur var. Bütun fikrim bu oyunlardadı. Mövsüm bitsin, vaxt çox olacaq. Qoy baş məşqçi qalsın. Komanda istəyinə çatıb, liqada qalsın. Bundan sonra danışmaq olar. Çox az zaman qalıb, onu da zamana buraxaq, görək nə olur”.

RÖYANƏ OĞUZ
Seçilən
33
50
Mənbələr
Şərh ()
Bağla