AZ

S&P İranla münasibətlərin pisləşməsi fonunda İsrailin reytinqini aşağı saldı

Beynəlxalq reytinq agentliyi Standard & Poor's (S&P) İranla münasibətlərin pisləşməsi fonunda İsrailin uzunmüddətli kredit reytinqini "AA-"dən "A+"-a  endirib. 

Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, İsrailin uzunmüddətli kredit reytinqləri həm xarici, həm də yerli valyutada “AA-”dan “A+”ya, qısamüddətli isə “A-1+”dan “A-1”ə endirilib.

"Uzunmüddətli reytinqlər üzrə proqnoz neqativdir", - S&P-nin açıqlamasında deyilir.

Qeyd edilir ki, yəhudi dövlətinin dövlət büdcəsinin kəsiri 2024-cü ildə ÜDM-in 8%-nə qədər artacaq, bunun əsas səbəbi müdafiə xərclərinin artmasıdır.

Reytinqin aşağı salınması İranın öz ərazisinə etdiyi hücumlardan sonra İsrailin üzləşdiyi geosiyasi risklərin artması ilə əlaqədardır.

Moody's daha əvvəl davam edən döyüşlər səbəbindən İsrailin uzunmüddətli xarici və yerli valyutada reytinqini mənfi proqnozla A1-dən A2-yə endirmişdi.

Nicat

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla