AZ

“Barselona” azarkeşlərinin Parisdəki davranışına görə cərimələndi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsi Kataloniya nəhəngi “Barselona”nı cərimələyib.

Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.

Buna səbəb Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə ilk oyunu zamanı kataloniyalı azarkeşlərin yolverilməz davranışı olub.

Bu oyun aprelin 10-da Parisin “Park de Prnes’ stadionunda baş tutub. “Barsa” 3:2 hesabı ilə qalib gəlib. Oyunda azarkeşlərin yolverilməz davranışı İspaniya çempionuna 32 min avro məbləğində cərimə bahasına başa gəlib. Bundan əlavə, “Barsa”nın 1 səfər oyunu üçün bilet satışına şərti qadağa qoyulub. Sınaq müddəti 1 ildir.

Xatırladaq ki, aprelin 16-da Barselonada keçirilən cavab oyununda PSJ 4:1 hesabı ilə qalib gəlib və “Barselona”nı Çempionlar Liqasından kənarlaşdırıb. Bu oyunda da “blauqrana” azarkeşləri Fransa nəhənginin Kataloniya paytaxtına buyurmuş tərəfdarlarına qarşı yolverilməz davranış nümayiş etdiriblər. UEFA-nın İntizam Komitəsinin bu hadisə ilə bağlı da müvafiq cəza kəsəcəyi vurğulanır.

Seçilən
165
50
Mənbələr
Şərh ()
Bağla