AZ

Yeni sosial şəbəkə DƏLƏDUZLUĞU – “Profil qoruma”

Yeni sosial şəbəkə dələduzları peyda olublar.

İnterpress.az xəbər verir ki, sosial şəbəkələrdə yeni bir dəstə peyda olub. Bunlar “profil qoruma” xidməti göstərir, bağlanan səhifələrin açılması ilə məşğul olurlar.

Dələduzlar əsasən TikTok və İnstagram sosial şəbəkəsinin boşluğundan istifadə edirlər. Yerli ekspertlərin müşahidələrinə görə, ayda on minlərlə manat insanlar qəsb edilir.

Proses necə baş verir? Səhifə niyə birdən bağlanır? Daha maraqlı sual: niyə adi insanların yox, sosial mediada aktiv olan şəxslərin səhifələri bağlanır?

Bununla bağlı yerli ekspertlərin araşdırmasını təqdim edirik:

Deməli, bu şəxslər əsasən biznes sahəsində çalışan insanların və yaxud baha qiymətə reklam çəkən və s ilə məşğul olan sosial media fenomenlərini hədəf alırlar.

Əslində hədəf onların səhifəsidir. Dələduzlar istənilən adda sayt, yaxud digər sosial mediada profili açırlar.

Daha sonra həmin original səhifənin paylaşımlarımdan götürüb saytda daha keçmiş zamana paylaşırlar. Əlavə isə açılan sosial media səhifəsində paylaşılır..

Sonra internetdən istənilən bir firmanın patent sertifikatını götürüb onu montaj edirlər. Şikarları olan səhifədən şikayət yazırlar və patenti əlavə edirlər.

İnstagram, Tik Tok bunun orginallığına inanır. Çünki az sayda şirkətin və ya şəxsin patenti var.

İnstagram səhifəni blok edir.

Bu zaman “qəhrəman” peyda olur. Sonra öz xidmətini təklif edir. Müəyyən məbləğ alaraq bağlanan səhifəni açdırır.

Çünki şikayət verən də, bağladan da özüdür. Bu prosses eyni səhifədə 2-3 dəfə təkrarlanandan sonra həmin adam bu dəfə “qoruma” işini ona təklif edir. Aylıq müəyyən məbləğdə pul alaraq guya səhifəni “qoruyur”.

Əslində isə elə həmin səhifələri bağlatdırıb açdıran eyni adamdır. Səhifə “qorunması” deyilən bir metod yoxdur.

Bu yolla hər ay azı yüzlərlə səhifədən pullar alınır, aylıq “tas”-a oturdurlar.

Kibercinayətkarlara qarşı mübarizə idarəsi bu tip hallara yəqin ki əncam çəkər.

Hazırda bir neçə yüz şəxs  məcbur olub belə şəxslərə hər ay ödəniş edirlər.

İnterpress.az

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla