AZ

Aİ-dən İsrail və İrana çağırış: "Təmkinli olun!"

Aİ-dən

"İsrailin İran və Suriyaya hücumunun bölgədə daha böyük gərginlik yaratmasına imkan vermək olmaz".

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen İsrailin İran və Suriyaya hücum ilə bağlı danışarkən deyib.

O, Finlandiyanın Baş naziri Petteri Orpo ilə birgə mətbuat konfransında bir jurnalistin "İsrailin bu səhər İran və Suriyaya raket və pilotsuz təyyarə hücumlarını necə qiymətləndirirsiniz?" sualına belə cavab verib: “Biz bütün tərəfləri regionda gərginliyin artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq. Bölgənin sabit qalması çox vacibdir. Daha böyük gərginliyə imkan vermək olmaz. Tərəflər təmkinli olmalıdırlar...".

E.ARAZ
Reyting.az
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla