AZ

"Qocalmağımla barışmışam..." - 59 yaşlı Monika Belluççi özündən danışdı/FOTO

Məşhur aktrisa Monika Belluççi “Elle Spain” jurnalının may buraxılışının üz qabığı üçün fotolar çəkdirib.

Azpost.info bildirir ki, 59 yaşlı Beluççu jurnala müsahibəsində bildirib ki, qocalması barışıb:  “Mən heç kimdən fərqli deyiləm. Özüm -özümə deyirəm ki, səndən güclü olana qarşı çıxmaq faydasızdır. Bioloji yaşın fəsadları var: biz artıq gəncliyin şuxluğundan istifadə etmirik. Fiziki, təbii çevrilmə baş verir. Elə bir vaxt gəlir ki, onu qəbul etməli olursan. Özümü yaxşı hiss etmək, həzz aldığım və məni stimullaşdıran şeyləri etməyə davam etmək vacibdir”.

Monika uğurunun təkcə görünüşü ilə bağlı olmadığını deyib: “Mənim 59 yaşım var və hələ də işləyirəm. Ona görə də bunun təkcə gözəlliklə bağlı olduğunu düşünmürəm. Bunun arxasında başqa nəsə olmasa, sənə olan ilkin maraq itib gedəcək”.

Monika etiraf edib ki, şərab içir, makaron yeyir və məhdudlaşdırıcı pəhrizlərə üstünlük verir: “Həmişə ölçüləri böyük olan qadın olmuşam. Heç vaxt arıq olmamışam, bu mənim təbiətimdir. Sakit şəkildə qocalmaq istəyirəm. 50 və ya 60 yaşımzda 20 yaşında olan ehtiyaclarınız olmur”.

O, kino sənayesinin müəyyən yaşdan yuxarı qadınlara məhəl qoymaması ilə bağlı məsələyə toxunub: “Bu gün qadınlığımızdan istədiyimiz kimi ifadə etmək azadlığına sahibik. Zamanla dəyişirəm, inkişaf edirəm. Qız, gənc qadın, ana, yetkin qadın olursan… Kino baxımından 50 yaşımda iki filmdə – Emir Kusturitsanın “Samanyolu” və Sem Mendesin “Kabus” filmlərində rol aldım. Bu rejissorlar mənə dinamik rollar və aktrisa üçün asan olmayan 50-lik körpüsünü keçmək imkanı verdilər”.

Azpost.info

 

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla