AZ

De Rossi “Milan” üzərində Avroliqa zəfərini şərh etdi

“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasnın 1/4 finalında “Milan”ı mübarizədən kənarlaşdırması haqda danışıb.

Arena.az xatırladır ki, ilk oyunda səfərdə 1:0 hesabı ilə qələbə qazanmış “canavarlar”, paytaxtdakı cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, “rossoneri”nin Avropa Lqasındakı çıxışına xitam veriblər.

“Milan”ı məğlub etmək üçün bizə bacarıq gərək idi. 10 nəfər qalanda fəal, amma zəka və taktiki biliklərlə oynamaq lazım idi. Sadəcə qaçmaq kifayət deyil. Belə bir komandanın məşqçisi olduğum üçün çox fəxr edirəm. Bu, asan deyildi, çünki “Milan” çox güclü, yaxşı futbol sərgiləyən komandadır. Dünən gördük ki, hətta “Real” də boş qalıb müdafiə olunurdu, biz də bunu yeri gələndə etdik”, – “Footbal Italia” dərgisi De Rossinin “Milan”la cavab oyunu haqda sözlərindən sitat gətirir.

İtalyan mütəxəssis həmçinin Avropa Liqasının yarımfinalında rəqibi olacaq, Bundesliqa çempionu Leverkuzen “Bayer”i haqda danışıb:

“Bəlkə də keçən il onları məğlub etdiyimiz üçün bizdən intiqam almaq istəyirlər. Nə olacağını görəcəyik, amma açıq-aydın biz favorit hesab edilmirik. Bəlkə də kimsə “Milan”ı Avropa Liqasının yarımfinalında gözləyirdi. Xabi Alonsoya futbolçu olduğu vaxtdan böyük hörmətim var”, deyə De Rossi vurğulayıb.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla