AZ

42 illik tilsim qırıldı

Konfrans Liqasının 1/4 finalında Fransanın “Lill” komandasını üstələyən İngiltərənin “Aston Villa” klubu 42 illik tilsimi qıra bilib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 1982-ci ildən bəri ilk dəfə avrokuboklarda yarımfinala vəsiqə qazanmağa nail olub

Komanda sonuncu dəfə 1981-82 mövsümündə bunu reallaşdırıb. Birmingemlilər həmin vaxtdan bəri Avropa arenalarındakı heç bir turnirdə yarımfinal üzü görməyib.

Qeyd edək ki, “Aston Villa”nın yarımfinaldakı rəqibi “Olimpiakos” olacaq.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla