AZ

''Fənər'' tibbi personalını gücləndirdi

''Qalatasaray''la amansız çempionluq mübarizəsi aparan ''Fənərbaxça''nın tibbi personalına yeni isim əlavə olunub.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm İstanbul nəhəngi zədələrdən çox əziyyət çəkir. Bu üzdən komandanın baş həkimi Ərtuğrul Karanlık ciddi tənqid olunur.

Şayiələrə inansaq, onun futbolçularla münasibəti heç də qaydasında deyil. Çünki Karanlıkın müalicə metodları futbolçuların xoşuna gəlmir. Bu üzdən rəhbərlik yeni addım atmalı olub. Belə ki, daha öncə ''Qalatasaray''ın tibbi personalında çalışmış, hazırda isə ''Fənər''in kişilərdən ibarət komandasının baş həkimi olan Barış Çakır artıq futbol komandasındakı zədələrlə də yaxından maraqlanacaq. Ərtuğrul Karanlıka gəlincə, o, işindən azad edilməyib. Sadəcə çətin məsələlərdə Çakırın da təcrübəsindən istifadə olunacaq. Elə ən son ağır zədə alaraq mövsümü başa vuran Ceyden Oostervoldenin durumunda məhz bu cür oldu. Karanlık bu futbolçunun müalicə prosesinin Almaniyada keçməli olduğunu bildirmişdi. Amma Çakırın göstərişi ilə Oostervolde Amsterdamda əməliyyat olundu.

ƏLİ

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla