AZ

"Onların da veteran vəsiqəsi var" - Deputat bu şəxslərə də güzəştlər tələb etdi

"Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə sadəcə Azərbaycan torpaqları uğrunda aparılan döyüşlər nəzərdə tutulub. Bizim Əfqanıstan müharibəsində də 6 mindən artıq iştirak edən vətəndaşımız var. Onların 3 mini dünyasını dəyişib, 3 mini qalıb. Onların da veteran vəsiqəsi var, Çernobılı nəzərdə tuturuq, amma Əfqanıstanı yox”, - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla