AZ

"Yuventus"a Ronaldo şoku

style='margin-bottom:10px;'>

"Yuventus" sabiq futbolçusu Kriştiano Ronaldoya təzminat ödəyəcək.

QOL.az "Fanatik"ə istinadən xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti təsdiqləyib.

39 yaşlı hücumçu sabiq klubunu 2020/21 mövsümündəki aylıq məvacibini ödəmədiyinə görə məhkəməyə verib. Portuqaliyalı futbolçu Turin təmsilçisinə qarşı məhkəmədə qalib gəlib. Arbitraj Şurasının qərarına əsasən, "Yuventus" Ronaldoya 9,7 milyon avro + faiz ödəyəcək.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayında "Yuventus"dan ayrılıb. O, daha sonra "Mançester Yunayted"ə keçib. Futbolçu 2022-ci ilin noyabrında "qırmızı şeytanlar"dan ayrılıb və həmin ilin dekabrında Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inə transfer olunub. 

"Yuventus" 2020/21 mövsümündə koronavirus pandemiyası səbəbindən Ronaldonun aylıq məvacibini ödəməyi gecikdirmiş,  daha sonra da həmin məbləği futbolçuya ödəməmişdi. Ronaldo isə bu səbəbdən "Yuventus"u məhkəməyə vermişdi.

Seçilən
98
37
Mənbələr
Şərh ()
Bağla