AZ

ABŞ rəsmisindən xəbərdarlıq: "Çin bizə hücum edə bilər"

\"Çinlə əlaqəsi olan hakerlər ABŞ-nin kritik infrastrukturuna hücum etmək üçün gözləyirlər\".

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib.
 
Rey Çinlə əlaqəli hakerlərin həyəcan vəziyyətində olduqlarını və ABŞ-nin su təmizləyici qurğular, elektrik xətləri, nəqliyyat və informasiya texnologiyaları kimi kritik infrastrukturlarına hücum etmək üçün doğru anı gözlədiklərini dilə gətirib.

FTB və digər federal səlahiyyətlilərin pərdə arxasında bu təhlükəyə qarşı durmağa çalışdığını ifadə edən Rey Çinin mülki infrastruktura hücum edərək çaxnaşma yaratmaq və insanların iradəsini qırmaq istədiyini müdafiə edib.

Çinin ABŞ sənayesindən əqli mülkiyyət, texnologiya və araşdırmaları oğurlamaq üçün aqressiv şəkildə çalışdığını iddia edən Wray, bu təhlükənin artıq qapıda olduğunu bildirib.

Xatırladaq ki, Rey yanvarın 31-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri qarşısında çıxışında da oxşar xəbərdarlıq edib.
 
Mikayıl
Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla