AZ

"Neftçi"nin idman direktoru: "Bütün görülən işlər gələcəyə hesablanıb"

Bu gün "Neftçi Arena"da "ağ-qaralar"ın idman direktoru Yens Anderssonun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, klub rəsmisi jurnalistlərin suallarını cavablandırdı:

- Hər birinizi burada görməkdən məmnunam. 6 aydır ki, "Neftçi"dəyəm, bu aylar ərzində nələr etmişik, nələri planlaşdırırıq, bunlar haqda məlumat vermək istəyirəm. Belə kluba gəlmək xoşdur, böyük tarixi var. Yeni mədəniyyət, yeni ölkə bir az çətin ola bilər, amma buradakı həmkarlarım məni yaxşı qarşıladılar. Son vaxtlarda bir neçə islahatlar baş verib. Amma mən idman departamenti haqda məlumat vermək istəyirəm. Digər məsələlər haqda əlaqədar şəxslər məlumat verə bilər. Deparatmentin strukturunu dəyişdik, əsas, ehtiyat heyət və skautlardan ibarət heyət var. Bu normal strukturdu, lakin biz infrastruktur sahəsini də əlavə edə bilərik ki, onlar da klubun idman qurğuları ilə məşğul olacaqlar. "Neftçi"yə ilk gələndə şəraitlə bağlı təəccübləndim. Bizim yaxşı təlim-məşq bazamızda binamız var. Amma binanın içi boş idi. Biz konteynerlərdə çalışırdıq. Belə klub üçün bu düzgün deyildi. Təmirə zaman və pul ayırdıq və planlaşdırıldığı kimi yox, əlavə yeniliklər etdik. Bunun nəticəsində futbolçuların şəraitini daha da yaxşılaşdırdıq. Həmçinin, skautinq fəaliyyətinə yetərincə diqqət ayırmışıq. Bir müddət sonra transfer mövsümü başlayacaq. Hazırda heyətimizdə yaşlı oyunçular çoxdur, lakin bizim üçün əsas təcrübə və xarakterdir. Skautlarımızın da işi daha yaxşı xarakterə malik futbolçular tapmaq olacaq. Xatırlayırsınızsa, ilk mətbuat konfransında demişdim ki, işləyib sonra danışmağı xoşlayıram, indi isə danışmağın zamanıdır. Başa düşürəm ki, klubda müəyyən qədər narahatlıq və bizə qarşı qəzəb var. Bəzən narazılıq klub daxilində də olub. Çünki biz də yaxşı nəticələr gözləyirdik. Hazırda uzun müddətlik hədəflərimizə daha çox enerji sərf edirik. Bunun nəticəsini illər sonra görəcəksiniz. Bəzən olur ki, irəliyə doğru iki addım atmaq üçün bir addım geri atmaq lazım olur.
Seçilən
115
Mənbələr
Şərh ()
Bağla