AZ

"Bu işlərə daha çox payızda vaxt ayıracağıq" - "Neftçi" rəsmisi

Bu gün "Neftçi"nin idman direktoru Yens Andersenin mətbuat konfransı keçirilib.

Futbolpress.az xəbər verir ki, funksioner "ağ-qaralar"ın akademiyasından əsas komandaya az oyunçu cəlb edilməsinə münasibət bildirib:

"Akademiyamızdan çıxan Fərid Yusifli və İsmayıl Zülfüqarlını "Turan Tovuz"a icarəyə vermişik. Hər zaman komandada ehtiyat qüvvə saxlamağa çalışırıq. Bizimlə daim əvəzedici komandadan 4-5 futbolçu məşq edir. Ağadadaş demək olar ki, daim bizimlədir. Bu işlərə daha çox payızda vaxt ayıracağıq. Çünki bir çox işi eyni anda görmək olmur. Çalışırıq ki, gənc oyunçulara daim şans verək. Amma zamanlama düzgün olmalıdır. Hər hansı futbolçunun komandaya gec və ya tez cəlb edilməsi ona ziyan vura bilər".

Məlik Məlikov
Seçilən
110
Mənbələr
Şərh ()
Bağla