AZ

Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ

Moskvanın cənub-şərqində qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbasov federal axtarışa verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “TASS” Rusiya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

O, Rusiya vətəndaşı Kirill Kovalevin qətlində şübhəli bilinir. Ş.Abbasovun Moskva vilayətindən qaçdığı ehtimal olunur.

Qeyd edək ki, aprelin 18-də “Shot Telegram” kanalının yaydığı məlumata görə, Kovalev Lyublinoda nişanlısının evinin yaxınlığında avtomobili səkidə saxlayan “Toyota Camry”nin sürücüsü ilə mübahisə etdikdən sonra bıçaqlanaraq öldürülüb. 

Bizim.Media

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla