AZ

Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA 

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə pravda.az-a Xəzər TV-dən bildirilib. 

"Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından "Təsir dairəsi" verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq.
Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq", — açıqlamada qeyd olunub. 

Qeyd edək ki, verilişin aparıcısı Lalə Azərtaşdır.  

Bizim.Media

Seçilən
20
34
Mənbələr
Şərh ()
Bağla