AZ

İsrailin İrana hücumu xəbərindən sonra Bitcoin 60 min dolların altına düşüb

Yaxın Şərqdə gərginliyin artmasından sonra Bitcoin kriptovalyutasında eniş baş verib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, İsrailin İrana hücumu xəbərindən sonra ABŞ dolları bahalaşdığı üçün Asiya sessiyasında Bitcoinin qiyməti 5,6 faizdən çox ucuzlaşaraq 59 961 dollar olub.

Qeyd olunub ki, martın 14-də 73 min 750 dollara qədər bütün zamanların ən yüksək həddinə çatan Bitcoin-in qiymətindəki eniş təxminən 40 gündə 15 faizi keçib

//Gülnarə Abasova, Editor.az

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla