AZ

“İrana hücum respublikanın ruhani liderinin doğum günündə baş verib” – NBC


İsrailin İrana hücumu İranın ruhani lideri Ayətullah Əli Xameneinin doğum günündə baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, aprelin 19, cümə günü Xameneinin 85 yaşı tamam olur.
Bu fakt barədə ABŞ senatoru Marko Rubio da (Respublikaçı, Florida ştatı) “X” hesabında yazıb.
“Başa düşdüyüm kimi, Xamneyi bu gün öz ad gününə partlayış hədiyyə alıb”, - deyə senator bildirib.
Qeyd edək ki, İsrail bu gün səhər saatlarında 13 aprel hücumuna cavab olaraq İrana “məhdud” zərbə endirib. Ölkə mediası respublikanın mərkəzi hissəsində yerləşən İsfahan əyalətində partlayışlar baş verdiyini bildirib.
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla