AZ

Bu şəxslər 1500 manat cərimələnəcək

Bakı. Trend:

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto vəya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinətəqdim edənlər cərimələnəcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu günkeçirilən iclasında müzakirəyə çıxarılan İnzibati XətalarMəcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 376-cı maddəsində “qanunsuz”sözündən sonra “olaraq media subyektinə təqdim edilməsi, yaxud”sözləri əlavə edilir.

Dəyişiklikdən sonra inzibati xəta haqqında iş üzrə icraat zamanıfoto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsindəinzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığıolmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazmamateriallarının media subyektinə təqdim olunmasına görə vəzifəlişəxslər min manatdan min beş yüz manatadək məbləğdə cəriməediləcək.

Seçilən
22
45
Mənbələr
Şərh ()
Bağla